BAKI, 12 mart — Sputnik. Səudiyyə Ərəbistanı Avropa ölkələrinə bir bareli 25 dollardan neft təklif edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bloomberg" nəşri öz mənbələrinə istinadən xəbər verir.
Məlumatda, həmçinin qeyd olunur ki, Ər-Riyad Avropa ölkələrinə tədarük etdiyi neftin həcmini üç dəfə artıracaq.
Nəşr vurğulayır ki, qiymətdə endirimlər Ər-Riyad və Moskva üçün neft sahəsində əsas hədəfin Avropa bazarı olduğunu göstərir.
Qeyd olunur ki, krallıq "Arab Light" markalı neftin bir barelinin Rotterdam-a tədarükü ilə birgə 25 dollar qiymət təklif edir ki, bu da Rusiya nefti "Urals"-ın qiymətindən əhəmiyyətli dərəcədə azdır.
Səudlar bu təklifi "Royal Dutch Shell", "BP", "Total", "OMV", "Repsol" və "Cepsa" şirkətlərinə göndərib.