BAKI, 12 mart — Sputnik. “Bu gün axşam saatlarından başlayaraq respublika ərazisində meteoroloji şəraitlə (dərin inversiya qatı və nisbi rütubətin artması) bağlı olaraq yenidən Bakı və Abşeron yarımadasında duman müşahidə olunur”.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin hidroloqu Asif Verdiyev deyib.
O bildirib ki, havanın durğun keçməsi ilə eyni zamanda tozun miqdarı da bəzi ərazilərdə normadan bir qədər artıqdır.
“Dumanlı hava şəraitinin mart ayının 15-i günorta saatlarına kimi davam edəcəyi gözlənilir”, - deyə A. Verdiyev vurğulayıb.
Qeyd edək ki, bir neçə gün öncə də Bakıda və Abşeron yarımadasında güclü duman müşahidə edilmişdi.