İDMAN

Millimizin futbolçusu ABŞ-da həftənin oyunçusu seçildi

Rüfət Dadaşov 1-ci turda - yeni komandasında rəsmi debüt matçında "Portlend Timbers"ə 6:1 hesabı ilə qalib gəldikləri matçda 3 qol vuraraq het-trik edib.
Sputnik

BAKI, 12 mart — Sputnik. Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov ABŞ-ın USL çempionatında mövsümün ilk turunun ən yaxşı futbolçusu seçilib. Sputnik Azərbaycan xəbər verir ki, "Finiks Rayzinq"də çıxış edən 29 yaşlı hücumçu 52 faiz səslə rəqiblərini qabaqlayıb. O, həftənin rəmzi komandasında da yer alıb.

Xatırladaq ki, Rüfət Dadaşov 1-ci turda - yeni komandasında rəsmi debüt matçında "Portlend Timbers"ə 6:1 hesabı ilə qalib gəldikləri matçda 3 qol vuraraq het-trik edib.

Qeyd edək ki, Rüfət Dadaşov 2013-cü ildən Azərbaycan milli futbol komandasının üzvüdür. Hazırda futbolçunun transfer dəyəri 250 min avrodur.