İDMAN

Döyüşə hazıram – Həbib Konorla yenidən görüşə bilər

Həbib və Konor arasında döyüş 2018-ci ildə baş tutub. O aman dağıstanlı idmançı boğucu fənd ilə vaxtından əvvəl qalib gəlmişdi.
Sputnik

BAKI, 9 mart — Sputnik. Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov irlandiyalı döyüşçü Konor Makqreqorla revanş döyüşünə çıxa bilər. Sputnik Azərbaycan Bjpenn.com-a istinadla xəbər verir ki, Nurməhəmmədov döyüşə yalnız bir şərtlə razı olduğunu deyib.

Həbibin meneceri Əli Abdel-Əziz açıqlamasında bildirib ki, Həbib Toni Ferqüsonu, Konor Castin Getjini məğlub edə bilsə, onlar revanş döyüşünə çıxa bilərlər.

Xatırladaq ki, Həbib və Konor arasında döyüş 2018-ci ildə baş tutub. O aman dağıstanlı idmançı boğucu fənd ilə vaxtından əvvəl qalib gəlmişdi.

Həbiblə Ferqüson arasında döyüş aprelin 18-nə planlaşdırılıb. Getji isə Makqreqoru döyüşə çağırsa da, hələlik ondan cavab gəlməyib.