İDMAN

Messidən yeni rekord – Ən güclü 5 liqanın bombardiri

Argentinalı futbolçu İspaniya La Liqasıdan 438-ci qol vurub. O, bu göstərici ilə 437 qolu olan, İtaliyanın “Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonu üstələyib
Sputnik

BAKI, 8 mart — Sputnik. İspaniyanın “Barselona” klubu martın 7-də öz meydanında “Real Sosyedad” komandasını məğlub (1:0) etdikləri görüş Lionel Messi üçün əlamətdar olub.

Sputnik Azərbaycan xəbər verir ki, oyunda yeganə qolu Lionel Messi vurub. Bu argentinalı futbolçunun İspaniya La Liqasıdan vurduğu 438-ci qolu olub. O, bu göstərici ilə 437 qolu olan, İtaliyanın “Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonu üstələyib.

İndiyədək bu nailiyyəti Avropanın ən yaxşı 5 liqasında heç bir futbolçu bacarmayıb.