İDMAN

İngiltərə Premyer Liqasında əl sıxmaq qadağan edildi

Bundan sonra komandalar meydançaya çıxdıqda bir xətt üzrə düzüləcək. Daha sonra rəqiblərin qarşısından əl sıxmadan keçəcəklər.
Sputnik

BAKI, 7 mart — Sputnik. İngiltərə Premyer Liqasında bu həftədən etibarən qarşılaşmalardan öncə futbolçular və məşqçi heyətinin öz aralarında əl sıxmasına qadağa qoyulub.

Sputnik Azərbaycan Premyer Liqanın rəsmi saytına istinadən xəbər verir ki, sürətlə yayılan koronavirusla mübarizə məqsədilə bu qərar verilib. Liqa rəsmilərinin fikrincə, koronavirus burun, ağız suyu və əllə salamlaşma vasitəsi ilə keçir. Bundan sonra komandalar meydançaya çıxdıqda bir xətt üzrə düzüləcəklər. Daha sonra rəqiblərin qarşısından əl sıxmadan keçəcəklər.

Qeyd edək ki, bir müddət əvvəl eyni addımı Belçika liqası da atmışdı.