RUSİYA

Qonşuda dollar uçdu

Hazırda bir dollar 68,06 rubla dəyişdirilir. Bu ilin yanvarından bəri dünyada koronavirusun yayılması fonunda rubl 10 faizdən çox dəyərini itirib
Sputnik

BAKI, 6 mart — Sputnik. Neftin hasilatının məhdudlaşdırılması ilə bağlı OPEC+ danışıqlarının iflasa uğraması təhlükəsi fonunda 1 dolların kursu 68 rubldan (1.70 AZN) yuxarı qalxıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Moskva birjasının məlumatı yayılıb.

Rubl dollara və avroya hücum etdi

Belə ki, hazırda bir dollar 68,06 rubla dəyişdirilir. Bu ilin yanvarından bəri dünyada koronavirusun yayılması fonunda rubl 10 faizdən çox dəyərini itirib.

Qeyd edək ki, Çində başlayan yeni ölümcül koronavirusun bütün dünyaya yayılması beynəlxalq iqtisadiyyata, o cümlədən neftin qiymətinə ciddi zərbə vurub.

Ümumdünya Səhiyyə Təşkilatının bu gün səhərə olan məlumatına görə, təsdiqlənmiş yoluxma hallarının sayı dünyada 95 333-ə çatıb ki, bunlardan da 2241 yenidir. Çinin xaricində yoluxma hallarının sayı 14768 olub ki, bunun da 2098-i yenidir. Vətəndaşları yoluxan ölkələrin sayı dünya üzrə 85-ə çatıb. Çindən kənarda koronavirusdan 267 adam ölüb.