BAKI, 5 mart — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı pianoçu Riyad Məmmədov özünün caz triosu ilə birlikdə Moskvada ilk dəfə olaraq unikal musiqi layihəsini – “1001 gecə”dən dörd nağılı – təqdim edib.
R.Məmmədov Sputnik Azərbaycan-a deyib ki, bu layihənin yaranmasında Şəhriyar şah və arvadı Şəhrizaddan bəhs edən “1001 gecə” nağıllarından bəhrələnib. Konsertlərinin ardıcıllığını da toplunun əsas prinsipi – nağılların müstəqilliyi - əsasında qurub. Onun dörd nağılının hər biri bəstəkarın fərqli hisslərini, dünyagörüşünü əks etdirir.
“Qərbin adətləri prizmasından Şərqin dərk edilməsi üçün açar rolunu oynayacaq saund-konsepsiya yaratdım. Konserti ifa etmək mənə zövq verdi, çünki mənimlə birlikdə səhnədə və zalda dostlarım, mənim dəstəkçilərim vardı”, - Məmmədov deyib.
Konsertdə Məmmədovun triosuna daxil olan zərbçi Yevgeni Ryaboy və bas-gitaraçı Aleksandr Lupaçiklə yanaşı, beynəlxalq müsabiqələrin lauretları Georgi Mansurov və Mixail Smirnov, eləcə də Azərbaycanın Əməkdar artisti tarzən Qorxmaz Axundov da çıxış ediblər.
Riyad Məmmədov Moskva Konservatoriyasını və “fortepiano” üzrə aspiranturanı, eləcə də müsiqişünas kimi nəzəriyyə aspiranturasını bitirib. Azərbaycan, Belçika, Kanada, Fransa və Rusiyada beynəlxalq festivallarda çıxış edib. Teodor Kurentzisin “Music Aeterna” orkestri, “Niagara Silkway” kamera orkestri (Kanada) və s. ilə birlikdə konsertlərdə iştirak edib.
Riyad Məmmədov həmçinin pedaqoji fəaliyyətlə də məşhurdur. O, Azərbaycanın müasir musiqi sənətində janrların sistemləşdirilməsi üzrə elmi məqalələrin müəllifidir.