Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 5 mart – Sputnik. Milli Məclisdə struktur islahatları aparılacaq.Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev bildirib.
O, vurğulayıb ki, hakimiyyət orqanlarında islahatlar keçirilir və bu islahatlar yəqin ki, Milli Məclisdə də aparılacaq.
Səfa Mirzəyev, həmçinin Milli Məclisin yeni tərkibdə ilk iclasının vaxtının hələ məlum olmadığını bildirib. Onun sözlərinə görə, qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq etdikdən sonra ilk iclas bir həftə ərzində keçirilməlidir: “Bununla bağlı hələ qərarın verilməsini gözləyirik”.