SƏHİYYƏ

TƏBİB nümayəndəsi: “Koronavirusdan ev şəraitində müalicə mümkündür”

TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib ki, xəstəliyin 14 günlük inkubasiya dövrü tam bitmədiyi üçün İrandan qayıdanlar nəzarətdə saxlanılır
Sputnik

Zülfiyyə Quluyeva Sputnik Azərbaycan

BAKI, 5 mart — Sputnik. İrandan gələnlərdə xəstəliyin simptomları aşkarlanmayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev danışıb.

O bildirib ki, karantində saxlanılan şəxslərdən xəstəliyin müayinəsi üçün müvafiq yaxmalar götürülüb: "Onlarda koronavirus aşkarlanmayıb. Lakin xəstəliyin 14 günlük inkubasiya dövrü tam bitmədiyi üçün nəzarətdə saxlanılırlar. Bu şəxslərin əksəriyyəti azərbaycanlılardır və onlar İrandan gəliblər".

TƏBİB nümayəndəsi: “Koronavirusdan ev şəraitində müalicə mümkündür”

V.Əliyev qeyd edib ki, koronavirus xəstəliyini insanlar yüngül keçirir. Hətta ev şəraitində müalicə mümkündür.