SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İsmayıllı və Neftçalaya yeni icra başçıları təyin edildi

Prezidentin sərəncamı ilə Nahid Rza oğlu Bağırov İsmayıllı, Mirhəsən Mirheydər oğlu Seyidov Neftçalanın icra başçısı təyin edilib
Sputnik

BAKI, 5 mart — Sputnik. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Mirsadıq oğlu Sadıqov vəzifəsindən azad edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Prezidentin digər bir sərəncamı ilə Nahid Rza oğlu Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

İlham Əliyev Neftçala rayonuna da yeni isra hakimi təyin edib. Prezidentin sərəncamı ilə bu vəzifəyə Mirhəsən Mirheydər oğlu Seyidov təyin olunub.