Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 5 mart - Sputnik. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilir.
Sputnik Azərbaycan xəbər verir ki, iclasda Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq, 2020-ci il fevralın 9-da VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələ nəzərdən keçiriləcək.
Plenumun iclasını açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib.
İclasda məruzəçi hakim Milli Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verməyə başlayıb.