BAKI, 3 mart — Sputnik. Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Hatay Dövlət Xəstəxanasında müalicə olunan yaralı türk əsgər və zabitlərinə baş çəkib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ölkəmizin Türkiyədəki səfirliyinin "Twitter" səhifəsində məlumat yerləşdirilib.
Xəzər İbrahim Azərbaycan dövləti adından yaralılara şəfa diləyib. Həmçinin, onlara Azərbaycan sovqatları təqdim olunub.