CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirus keçəcək, amma bu "xəstəlik" qalacaq - Ona qarşı hansı "dərman"ı ataq?

"Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə deyib ki, 2018-ci ildə sığınacağa 170-180 müraciət daxil olmuşdusa, 2019-cu ildə bu rəqəm 200-ü keçib
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. Bu yaxınlarda Tərtər rayonunda Dünyamalıyeva Könül Bəhlul qızının azyaşlı oğlunu şişlə yandırması xəbəri ölkədə rezonansa səbəb oldu. Hadisənin təfərrüatları barədə yayılan ilkin məlumata görə, o şişi qaz sobasında qızdıraraq azyaşlının bud, çanaq, qol və əlinə basıb. Hadisə ilə bağlı uşağın atası R.Dünyamalıyev hüquq-mühafizə orqanlarına müraciət edib.

Baş infeksionist: "Bu hallar aşkar edildikdə uşaqları məktəbə qoymayın"

"Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a bildirib ki, il ərzində Birliyin nəzdindəki sığınacağa hüquq-mühafizə orqanları tərəfindən gətirilən belə uşaqların sayı 170-200-dəkdir. 2018-ci ildə sığınacağınacağa təxminən 170-180 müraciət daxil olmuşdusa, ötən il bu rəqəm 201 olub.

"Bu uşaqlar arasında ən azı 2-3 dəfə zorakılığa məruz qalanlarlar var. Bundan başqa, zorakılığa məruz qalanlar arasında cinsi, psixoloji, iqtisadi zorakılıq faktorlarını da qeyd etməliyik. Bu zorakılıq əsasən daxili faktorlardan, eyni zamanda da ailə dəyərlərinin çox aşağı səviyyədə olmasından aslıdır. Görürük ki, bi problemlər əsasən valideynlər arasında mədəni münasibətlərin olmaması, klassik Azərbaycan ailə dəyərlərinə hörmət qoyulmaması, onların zərərli vərdişlərdən asılı olması, özlərinin də qeyri-sağlam mühitdə böyümüş olmasından qaynaqlanır. Həmin valideynlər özlərinə qarşı hansı münasibəti görüblərsə, eyni münasibəti də övladlarına bəsləyirlər", - deyən AUB sədrinin sözlərinə görə, Azərbaycandakı zorakılıq faktorunda ana, ata, ögey valideynlər, yaxın qohumlar, ikinci dərəcəli qohumların da rolu, payı var. Küçə həyatı sürən uşaqlar isə küçədəki şəxslər tərəfindən zorakılığa məruz qalırlar.

Ağazadə sığınacağa müraciət edənlər arasında ümumilikdə zorakılığa məriz qalan qız uşaqları daha çoxdur: "Seksual zorakılıq faktlarında qızlar üstünlük təşkil edir. Lakin fiziki zorakılığa gəldikdə, bu nisbət yarı-yarıya olur. Azyaşlı, hələ fikrini ifadə edə bilməyənlər arasında daha çox fiziki zorakılıq halı müşahidə edilir. Bu yaxınlarda 1 bacı, 4 qardaş efirə çıxmışdı. Həmin uşaqların anaları bu günədək tapılmayıb. Uşaqlardan ən kiçiyinin başında çapıq izləri vardı. Böyük qardaş deyirdi ki, onu ana-ataları döyüb".

Baş Prokurorluq Elina Hacıyeva olayı ilə bağlı yeni məlumat yaydı

AUB sədrinin sözlərin görə, uşaqların insan alverinə cəlbindən danışdıqda, uşaq əməyinin istismarını da vurğulamaq lazımdır. O, 2020-ci ildə hələlik belə bir fakt aşkarlamadıqlarını bildirib. Ancaq deyib ki, belə hallarla rastlaşanda, adətən DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə məlumat verirlər.

Ağazadə uşaq zorakılığı əleyhinə qanunların sərtləşdirilməsi barədə tələblərə toxunarkən deyib ki, hər şeydən əvvəl regionlarda ailə dəyərlərini təbliğ etmək, zorakılıq hallarının qarşısının alınması üçün müəyyən işlərə başlamaq lazımdır. Bundan başqa, alternativ xidmətlərin fəaliyyəti daha da gücləndirilməli, bu cür uşaqlara davamlı psixoloji yardımlar göstərilməlidir. Bu prosesi bir-iki dəfə psixoloji yardım göstərməklə yekunlaşdırmaq olmaz.

"Biz bu gün nə qədər qanunu sərtləşdirsək də, ondan xəbəri olmayanlar yenə də bu qanunu pozacaqlar. Düşünürəm ki, insanlara sevgini aşılamaq lazımdır", - deyə o, əlavə edib.

Artıq qeyd etdiyimiz faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.