İDMAN

"Qarabağ"dan növbəti rekord

Qapıçı Şahruddin Məhəmmədəliyevin qol buraxmama seriyası isə 493 dəqiqəyə çatıb. O, sonuncu dəfə dekabrın 6-da "Keşlə"yə qarşı keçirilən oyunun 47-ci dəqiqəsində Tural Bayramlının zərbəsi qarşısında aciz qalıb.
Sputnik

BAKI, 2 mart — Sputnik. "Qarabağ" mövsümün yeni rekorduna imza atıb. Sputnik Azərbaycan xəbər verir ki, "köhlən atlar" ardıcıl 5-ci "quru" oyununu keçirib. Sonuncu dəfə 14-cü turda "Keşlə" ilə keçirilən oyun zamanı (2:2) qapısında qol görən Qurban Qurbanovun komandası 2020-ci ildə "çərçivəsini" toxunulmaz saxlayıb.

"Səbail" (1:0), "Neftçi" (0:0), "Zirə" (6:0) və "Sumqayıt"ın (1:0) ardından XIX turdakı rəqib "Sabah" da (0:0) bu seriyanı qıra bilməyib. Bununla da "Qarabağ" mövsümün rekordunu arxada qoyub. Belə ki, həmin rekord da Ağdam klubuna məxsus idi. Çempionatın lideri ilk 4 turda qapısından qol buraxmamışdı.