İDMAN

Ekspert: “Prezidentin sərəncamı idmançıların məsuliyyət hissini artırır”

İdman şərhçisi Rövşən Binnətli deyir ki, sərəncam idmançılara belə məsul yarışlara hazırlaşmaq üçün stimul verir
Sputnik

Prezident İlham Əliyev Azərbaycan idmançılarının XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığının və Oyunlarda iştirakının təmin edilməsi haqqında sərəncam imzalayıb.

İdman şərhçisi Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, Prezident İlham Əliyev imzaladığı bu sərəncamın əhəmiyyəti olduqca böyükdür:

“Bu sərəncam idmançılara belə məsul yarışlara hazırlaşmaq üçün stimul verir. Eyni zamanda sərəncam hazırlıq prosesində yaranan çatışmazlıqların aradan qaldırılması üçün vacibdir. Bu sahədə sərəncamın olması əlaqədar təşkilatların da məsuliyyət hissini artırır. İdmançılar anlayır ki, dörd ildən bir keçirilən bu yarış ölkənin idman imicinin formalaşmasına təsir göstərir. Bu baxımdan sərəncam onların vətəndaş və idmançı kimi məsuliyyət hissini artırır”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz