BAKI, 1 mart - Sputnik. Saxlanılmış Sputnik Türkiyə İnformasiya Agentliyinin Türkiyə Bürosunun 3 əməkdaşı, o cümlədən rəhbəri Mahir Boztepe azad ediliblər.
RİA Novosti-nin məlumatına görə, azad edilmə Rusiya XİN başçısı Sergey Lavrovla Türkiyə xarici siyasət idarəsinin rəhbəri Mövlud Çavuşoğlunun telefon danışığından sonra baş verib.
Dünən axşam saatlarında Sputnik Türkiyə-nin əməkdaşlarının yaşadıqları mənzilə bir qrup naməlum şəxs hücum etməyə cəhd edib. Naməlum şəxslər əməkdaşların ünvanına hədə-qorxular səsləndirərək onlardan peşə fəaliyyətlərinə son qoymağı tələb ediblər.
Daha sonra Sputnik Türkiyə İnformasiya Agentliyinin Türkiyə Bürosunun 3 əməkdaşı, o cümlədən rəhbəri Mahir Boztepe İstanbulda saxlanılıb.
İnsidentin və saxlanılmanın səbəbi kimi Tükiyə mediası agentliyin saytında çıxan tarixi mövzudakı məqaləni göstərir.