CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha iki azərbaycanlıda koronavirus aşkarlandı

Aparılmış müayinələr nəticəsində onlarda koronavirusa yoluxma faktı qeydə alınıb. Hazırda pasiyentlərin müalicəsi aparılır, onların vəziyyəti sabitdir
Sputnik

BAKI, 29 fevral — Sputnik. İran İslam Respublikasından qayıdan iki Azərbaycan vətəndaşında koronavirus xəstəliyinin əlamətləri müşahidə edilib.

Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr nəticəsində onlarda koronavirusa yoluxma faktı qeydə alınıb. Onlardan 17.06.1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşı 26.02.20 tarixinde xestexanaya daxil olub. O, 1 gün Tehranda olub, 3 gün Təbrizdə. 29.04.1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı da fevralın 26-da xəstəxanaya daxil olub, o, Qum şəhərindən gəlib.

Hazırda pasiyentlərin müalicəsi aparılır, onların vəziyyəti sabitdir. Digər yoluxma hallarının aşkarlanması ilə bağlı həmin xəstələrin kontaktlarının müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür.