HADİSƏ

Oğuzda qonşu qonşusunu güllələyib öldürdü

Cinayət törədən şəxs polis tərəfindən saxlanılıb, ondan cinayətdə istifadə etdiyi “Tula” markalı tüfəng götürülüb
Sputnik

BAKI, 28 fevral — Sputnik. Oğuzda silahlı insident baş verib.

Azərbaycanda 9 il əvvəl qətl törədən şəxs tutulub

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Kərimli kəndində qeydə alınıb. Güllələnən şəxs hadisə yerində ölüb.

Güllələnərək öldürülən şəxs rayonun Kərimli kənd sakini, 1965-ci il təvəllüdlü Elşən Füruddin oğlu Abdullayevdir. O, qonşusu Məsimov Zərqəm Məmməd oğlu tərəfindən ov tüfəngi ilə güllələnib. Z.Məsimov saxlanılıb.

Ondan cinayətdə istifadə etdiyi “Tula” markalı tüfəng götürülüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.