Xain hücum: İdlibdə ölən türk hərbçilərin sayı 33-ə çatdı

Türkiyə Silahlı Qüvvələri İdlib vilayətində hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar havadan və qurudan həyata keçirilir.
Sputnik

BAKI, 28 fevral — Sputnik. Suriya rejimi tərəfindən İdlibdə Türk Silahlı Qüvvələrinə qarşı törədilmiş hava hücumu nəticəsində şəhid olan türk əsgərlərinin sayı 33-ə çatıb.

Sputnik AzərbaycanAnadolu agentliyinə xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan məlumat verib.

Məlumata əsasən hazırda yaralı olan hərbçilər intensiv müalicə alır və onlar üçün həyatı təhlükə yoxdur.

Bu hücumdan sonra Türkiyə Silahlı Qüvvələri İdlib vilayətində hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar havadan və qurudan həyata keçirilir.