SƏHİYYƏ

TƏBİB rəsmisi Qərargahın əsas məqsədini açıqladı

"Deyirlər ki, niyə İrandan, ya digər ölkələrdən gələnləri saxlayırlar. Bunu bilmək laızmdır ki, həmin şəxslər potensial xəstə hesab edilə bilərlər".
Sputnik

BAKI, 28 fevral — Sputnik. "Qərargahın əsas məqsədi tibbi işlərin, yəni profilaktik tədbirlərin görülməsinə önəm verməkdir. Lakin sərhədlərin bağlanması bizim səlahiyyətlərimizə daxil deyil". Sputnik Azərbaycan-ın xəbərinə görə bu barədə TƏBİB-in rəsmisi Yaqut Qarayeva deyib bu gün koronavirusla bağlı Nazirlər Kabineti Yanında Operativ Qərargahın üzlərinin birgə keçirdiyi brifinqində deyib.

O bildirib ki, sərhədlərdə insanların eyni yerdə toplanmasının, virusun daha geniş yayılmasının qarşısının alınması üçün çadırlar qurulur.

Qurum rəsmisi digər məsələyə də toxunub: "Deyirlər ki, niyə İrandan, ya digər ölkələrdən gələnləri saxlayırlar. Bunu bilmək laızmdır ki, həmin şəxslər potensial xəstə hesab edilə bilərlər. Daha çox insanın yoxlamadan keçməsi bir o qədər də riskin qarşısının alınmasıdır".