BAKI, 26 fevral — Sputnik. Bu gün Çempionlar Liqasında 1/8 mərhələsinin növbəti oyunları keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.
Belə ki, bu gün Madridin "Real" klubu öz meydanında "Mançester Siti" ilə qarşılaşacaq.
Günün digər qarşılaşmasında isə "Yuventus" "Lion"un qonağı olacaq.
Qeyd edək ki, ötən gün Çempionlar Liqasının 1/8 mərhələsi çərçivəsində "Çelsi" - "Bavariya" (0:3) və "Napoli" – "Barselona" (1:1) qarşılaşmaları keçirilib.