"Yadımda saxlayacağam". ATƏT rəhbəri Sputnik Estoniya ilə bağlı vəziyyəti şərh edib

Yelena Çerışeva Albaniyanın Baş Nazirindən Tallinin mediaya qarşı hərəkətlərinə diqqət yetirməyi və vəziyyəti nəzarətə götürməyi xahiş edib
Sputnik

BAKI, 26 fevral — Sputnik. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri, Albaniyanın Baş Naziri Edi Rama Sputnik Estoniya ilə bağlı problemi dinləyib və agentliyin problemlərini yadında saxlayacağına söz verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı RİA Novosti yayıb.

Fransalı jurnalistlər Sputnik Estoniya-nı dəstəklədilər

Sputnik Estoniya-nın rəhbəri Yelena Çerışeva Albaniyanın Baş nazirindən Tallinin mediaya qarşı hərəkətlərinə diqqət yetirməyi və vəziyyəti nəzarətə götürməyi xahiş edib.

"Bəli, dediklərinizin hamısını dinlədim. Bu, mənim səlahiyyətlərimə daxil olmayan bir şeydir, amma əlbəttə ki, bunu yadımda saxlayacağam", – Rama deyib.

O, həmçinin qeyd edib ki, Albaniyanın özündə Sputnik-ə hörmət edirlər və onun özünün dövlət haqqında xəbərlərin həqiqiliyinə şübhə etməsinə baxmayaraq, "onlara (Sputnik-ə – red.) heç bir şey olmayacaq".

Bir müddət öncə Sputnik Estoniya-nın əməkdaşları Estoniyanın Polis və Sərhəd Mühafizə İdarəsinin rəhbərliyindən "Rossiya Seqodnya" ilə əməkdaşlığın 2020-ci il yanvarın 1-dək dayandırılmasını tələb edən məktublar alıblar. Əks halda, əməkdaşlara qarşı cinayət işlərinin açılacağına dair xəbərdarlıq verilib.

Bu hərəkətlər Avropa İttifaqı (Aİ) tərəfindən 2014-cü il martın 17-də Ukraynadakı hadisələrin fonunda bir sıra fiziki və hüquqi şəxslərə qarşı tətbiq olunmuş sanksiyalarla əsaslandırılır. Lakin Aİ sanksiyaları Sputnik-in daxil olduğu "Rossiya Seqodnya" BİA-ya qarşı deyil, şəxsən agentliyin baş direktoru Dmitri Kiselyova qarşı tətbiq edilib.

Sputnik Estoniya-nın rəhbəri və Vışinski Moskvada səfirliyin önündə piketə çıxdılar

Bir müddət öncə Sputnik Estoniya ətrafındakı vəziyyəti şərh edərkən Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, Rusiyanın hakimiyyət orqanları Sputnik-in digər ölkələrdə fəaliyyətini dəstəkləmək üçün hər şeyi edəcəklər.

Moskvada yüksək rütbəli mənbə RİA Novosti-yə bildirib ki, britaniyalı kuratorların Estoniya hakimiyyətinin bu hərəkətləri ilə əlaqəsi var və bu fakt yaxın zamanlarda Rusiyadakı Britaniya mediasına qarşı simmetrik tədbirlərin görülməsində nəzərə alınacaq.