Gözlənilməz gəlişmə - Nazir müavini də koronavirusa yoluxdu

Nazir müavini qeyd edib ki, onun testlərinin cavabı pozitiv çıxıb. İranda koronavirusdan ölənlərin sayı da 16 nəfərə çatıb.
Sputnik

BAKI, 25 fevral — Sputnik. İran səhiyyə nazirinin müavini İrəç Hərirçi özündə koronavirus infeksiyasının (COVID-19) aşkar edildiyini bildirib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, o bu barədə bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Nazir müavini qeyd edib ki, onun testlərinin cavabı pozitiv çıxıb.

Bu olkədə koronavirusdan ölənlərin sayı da 16 nəfərə çatıb.