CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millimiz yeddi qol "yedi"

Maltada təşkil olunan turnirə Cəbəllütariq üzərində 2:0 hesablı qələbə ilə başlayan Azərbaycan millisi bu dəfə acınacaqlı məğlubiyyətlə üzləşib
Sputnik

BAKI, 23 fevral — Sputnik. 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması UEFA İnkişaf turnirində ikinci oyununu keçirib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Zamir Həsənovun baş məşqçisi olduğu komanda Şotlandiya millisi ilə qarşılaşıb.

UEFA tarixləri müəyyən etdi: Azərbaycan və Türkiyə yığmaları nə vaxt oynayacaq?

Maltada təşkil olunan turnirə Cəbəllütariq üzərində 2:0 hesablı qələbə ilə başlayan Azərbaycan millisi bu dəfə acınacaqlı məğlubiyyətlə üzləşib. İlk görüşdə komandamıza qələbə qazandıran legionerlər də bu dəfə yığmanı xilas edə bilməyiblər – 0:7.

Milliləşən legionerlərlə güclənən komanda Böyük Britaniya təmsilçisi qarşısında aciz qalıb. İlk yarıda 3 qol vuran rəqib fasilədən sonra daha amansız olaraq 4 dəfə fərqlənib.

Qeyd edək ki, Azərbaycan millisi fevralın 26-da keçirəcəyi son turun matçında Malta ilə üz-üzə gələcək.

U-17 (qızlar) arasında UEFA İnkişaf turniri

23 fevral

Şotlandiya - Azərbaycan – 7:0

Abiqeyl Ferqyuson, 9, 26, Tire Burçill, 30, Keyra Çuter, 61, Sofi Martin, 79, Hanna Robinson, 82, Emi Anderson, 90