CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İranda yer titrədi, Naxçıvanda da hiss olundu

5,8 maqnitudalı zəlzələ ocağının dərinliyi 10 kilometr olub. Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində də hiss edilib
Sputnik

BAKI, 23 fevral — Sputnik. Bu gün saat 09:52-də Naxçıvan stansiyasından 110 km cənub-qərbdə Türkiyə-İran sərhədində zəlzələ qeydə alınıb.

Sputnik Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 3-4 bala qədər hiss edilib.

Qeyd edilir ki, 5,8 maqnitudalı zəlzələ ocağının dərinliyi 10 kilometr olub.

Xatırladaq ki, ötən gecə saat 04:43-də Qobustan stansiyasından 35 km cənub-qərbdə, Şamaxı rayonunda da 3,3 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 1 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.