İQTİSADİYYAT

G20 ölkələri koronavirusa görə qərar verdilər

Faktiki olaraq bu gün İtaliya və İranda yoluxanların və ölənlərin sayının artması barədə məlumat yayılıb
Sputnik

BAKI, 23 fevral — Sputnik. "Böyük iyirmilik" (G20) ölkələri koronavirusun dünya iqtisadiyyatına təsirini yumşaltmağa çalışacaqlar.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının maliyyə naziri Muhamməd əl-Caadan Ər-Riyadda keçirilən G20 sammiti zamanı deyib.

""İyirmilər qrupu" koronavirusun yayılma risklərini izləməyi davam etdirmək barədə razılığa gəliblər", - əl-Caadan "Əl-Ərəbiyyə" telekanalına deyib.

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Uhan şəhərində naməlum sətəlcəm yayılması barədə xəbərdar edib. Mütəxəssislər xəstəliyin törədicisinin koronavirus (Covid-2019) olduğunu təsbit ediblər. Çində yeni koronavirusdan ölənlərin sayı hazırda 2442-yə çatıb. 22.8 min insan bu xəstəlikdən sağala bilib. ÜST-ün şənbə gününə olan məlumatına görə, Çindən kənarda 28 ölkədə yoluxanların sayı 1400-ü ötüb. Faktiki olaraq bu gün İtaliyaİranda yoluxanların və ölənlərin sayının artması barədə məlumat yayılıb.