Pentaqon: İranın zərbəsi nəticəsində yaralanan əsgərlərin sayı artıb

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, İranın bazalara zərbələri nəticəsində zərərçəkən olmayıb. Daha sonra o, bir neçə əsgərdə kontuziyanın olmasını etiraf etmişdi
Sputnik

 

BAKI, 22 fevral — Sputnik. İranın ABŞ-ın İraqdakı bazasına endirdiyi raket zərbələri nəticəsində kontuziya alan hərbçilərin sayı 110-a çatıb. Sputnik Azərbaycan "Mehr" agentliyinə istinadla xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

“Əlli oldular, bəy...” – ABŞ İranın raket zərbəsinin fəsadlarını etiraf etdi

Daha öncə Pentaqon 109 ABŞ əsgərinin beyin travması nəticəsində yaralandığını etiraf etmiş, əməliyyatdan sonra Almaniyaya aparılan hərbçilərin 70 faizinin vəzifəyə geri döndüyünü bildirmişdi.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, İranın bazalara zərbələri nəticəsində zərərçəkən olmayıb. Daha sonra o, bir neçə əsgərdə kontuziyanın olmasını etiraf etmişdi.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xamneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan ediblər.

İran ABŞ bazalarına raket zərbəsinin yeni görüntülərini yayımladı – VİDEO

Yanvarın 8-i isə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.

"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb,