Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə ekoloji məhsullara artan tələbatla əlaqədar istehlak bazarındakı tendensiyalar müzakirə edilib.
Tədbirdə çıxış edən COVCHEG layihəsinin meneceri Fuad Bağırov deyib ki, hazırkı məqamda önəmli olan yerli kiçik fermerlərin inkişafının təmin edilməsidir:
“Bizim müxtəlif ərazilərimiz öz brendləri ilə məşhurdur. Ancaq müstəqillik dövründə formalaşmış bəzi brendlər var ki, onlardan xəbərimiz yoxdur. Uzun müddətdir insanlar tərəfindən becərilən bu məhsullar xalq seleksiyası məhsulları adlanır. Biz bu cür növlərin tapılmasına, onların ətrafında assosiasiyaların yaradılmasına çalışırıq. Bu assosiasiyalar həmin məhsulların keyfiyyətinə təminat verirlər”.
Fuad Bağırovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz