AVRO-2020-nin reqlamenti. Sizin bilmədiyiniz qaydalar

UEFA-nın rəsmi reqlamenti – 64 səhifədə 19 min sözdən ibarətdir. Biz onu diqqətlə öyrəndik və sizin çətin ki, dəqiq bildiyiniz 10 qaydanı müəyyənləşdirdik
Sputnik

Ehtimal edirik ki, AVRO-2020-nin əsas qaydaları sizə məlumdur: 6 qrupda olan 24 komanda 1/8 mərhələsinə çıxmaq üçün mübarizə aparacaq. Qələbə üçün komandalara 3 xal verilir. Qrup mərhələsində xallar bərabər olanda, ən yaxşı komanda şəxsi görüşlərin nəticələrinə əsasən, daha sonra vurulan və buraxılan qolların fərqinə və s. göstəricilərə görə qiymətləndirilir.

Lakin rəsmi reqlament – 64 səhifədə 19 min sözdən ibarətdir. Biz onu diqqətlə öyrəndik və sizin çətin ki, dəqiq bildiyiniz 10 qaydanı müəyyənləşdirdik.

AVRO-2020-nin kuboku haqqında bilməli olduğumuz hər şey

Əsas mükafat nədir?

Avropa Çempionatının əsas mükafatı Anri Delon kuboku adlanır. Final oyunundan sonra o, qalibə təqdim olunur, lakin sonra saxlanılması üçün UEFA-da qalır. Çempion komanda kubokun eynisini alır və onu UEFA-nın yazılı razılığı olmadan ölkə kənarına çıxara bilməz.

Qalib komanda 40 qızıl medal (finalçılar 40 gümüş) alır ki, bu da komandanın oyunçularına və komandanı müəyyənləşdirən personala təqdim olunur. Final mərhələsinin iştirakçısı olan hər bir ölkə xatirə lövhəsi alır. Qalib, finalçı və yarımfinalda məğlub olan ölkələrə isə xüsusi lövhələr verilir.

Qrup mərhələsində penalti

Əgər qrup mərhələsinin üçüncü turunda qarşılaşan hər iki komandanın nəticələri bütün göstəricilər üzrə bərabərdirsə və şəxsi görüş heç-heçə bitibsə, onlar 11 metrlik zərbələr həyata keçirirlər. Lakin bu halda üçüncü millinin eyni sayda xal yığmaması vacibdir. Əgər bu baş verərsə yaxşıları müəyyənləşdirmək üçün standart reqlament təqdim olunur.

Belə ssenari hələlik böyüklər arasında keçirilən Avropa Çempionatlarında qeydə alınmayıb, lakin 2008-ci ildə çox real olub. A qrupunda ikinci yerə üçüncü turda Cenevrədə üz-üzə gələn Çexiya və Türkiyə iddia edirdi. Həmin vaxt Avropa Çempionatında 16 komanda çıxış edirdi, ən yaxşı üçüncü yeri tutan komandalar pley-off mərhələsinə çıxmırdılar. Həmin vaxt Türkiyə 0:2 hesabı ilə məğlub olurdu, oyunun bitməsinə üç dəqiqə qalmış Nihat Kahveçi hesabı bərabərləşdirdi. Üfüqdə tarixdə ilk dəfə qrup mərhələsində penalti seriyası görünürdü, amma oyunun bitməsinə bir dəqiq qalmış Nihat daha bir qol vurdu.qırmızı

Lakin belə bir hal UEFA-nın digər turnirində baş verib. Belə ki, 19 yaşına qədər qızlar arasında keçirilən 2003-cü il Avropa Çempionatında əsas vaxt 3:3 hesabı ilə bitdikdən sonra İsveç yığması penaltilər seriyasında İtaliyaya 4:2 hesabı ilə qalib gəldi və qrupda ikinci yeri tutdu. Taleyin ironiyasına bax ki İsveç yarımfinal mərhələsində Norveçə penaltilərlə uduzub. İtaliya ilə oyunda olduğu kimi isveçlilər əlavə vaxtda qələbəni əldən vermişdilər.

Əgər qrup mərhələsinin üçüncü turunun yekunlarına görə, üçüncü turda bir-birilə qarşılaşmayan iki və daha artıq komanda eyni xalı toplayırsa, onda bir sıra meyarlardan istifadə olunur. Bunlar 20.01 maddəsində yazılıb.

Dünyanın ən yaxşı futbolçusu qalmaqallı hakim qərarından danışdı

Yenidən oynama və davam etmək

Əgər hər hansı bir səbəbdən oyunu başlamaq və ya bitirmək mümkün deyilsə, onda bir qayda olaraq o oyun növbəti gün yenidən keçirilir, ya da yarımçıq qalan müddət oynanılır. Oyun imkan daxilində elə eyni stadionda keçirilir. Oyun yarıda qaldığı eyni dəqiqədə, eyni hesab və topun qaldığı eyni yerdə bərpa olunur. Komandalar başqa vaxta keçirilən və ya bərpa olunan oyunda dəyişikliklər edə bilərlər. Lakin istisnalar var:

İlk oyunda diskvalifikasiya edilən, oyundan qovulan və ya dəyişdirilmiş oyunçu meydana çıxa bilməz.

İlk matçda oyunçusu qırmızı kart almış komanda ikinci oyunu da eyni oyunçu sayı ilə başlayır. *

Komandanın ilk oyunun dayandırıldığı vaxtda qaldığı qədər dəyişiklik etmək hüququ qalır.

İlk oyunda olan sarı kartlar qüvvədə qalır.

*Əgər istənilən komandanın heyətində 7 oyunçudan az futbolçu qalırsa oyun təxirə salınır.

Əlavə dəyişiklik

2016-cı il Avropa Çempionatı ilə müqayisədə UEFA-nın dəyişikliklərə dair reqlamenti dəyişib. Əsas vaxtda komandalar yenə üç oyunçunu dəyişə bilər. Lakin əlavə vaxt baş tutacağı zaman komandalar daha bir dəyişiklik əldə etmək hüququ əldə edəcək. Əgər komanda əsas vaxtda dəyişikliklərdən istifadə etməyibsə, o bundan əlavə vaxtda istifadə edə bilər. Məsələn, oyunun əsas vaxtında bir dəyişiklik edən komandanın əlavə vaxtda üç dəyişiklik etmək hüququ var.

Xronometraj

Komandalar oyuna 75 dəqiqə qalmış stadionda olmalıdır. Bundan əlavə həmin vaxta qədər onlar hakimlərə komandaların heyətlərini təqdim etməlidirlər. Paltardəyişmə otaqlarında oyun öncəsi tədbirlər dəqiqəsinə kimi yazılıb. Bura məşq və meydana çıxma da aiddir. Dövlət himninin maksimal uzunluğu 90 saniyədir.

Futbolçu meydançaya çıxmamış "qırmızı kart" aldı

Pasportlar

AVRO 2020-də millilərin əksəriyyətinin öz meydanlarında oynamalarına baxmayaraq futbolçuların pasportları öz üzərlərində olmalıdır. Onların şəxsiyyəti və oyunda iştirak etmək hüququnun olub-olması diqqətlə yoxlanılır. 46.02 qaydasında bildirilir: "Turnirdə iştirak edən hər bir oyunçunun pasportu və ya üzərində doğum tarixi və fotosu əks olunan ölkənin İD kartı olmalıdır. Əks halda futbolçu turnirdə iştiraka buxarılmayacaq".

Futbolçu nömrələri

Turnirdə iştirak ərizəsinə 23 oyunçunun adı daxil edilə bilər və onlar yalnız 1-23 rəqəmlərindən istifadə edə bilərlər. 1 nömrə qapıçıya məxsusdur, yerdə qalan digər nömrələri isə futbolçular özləri seçə bilərlər. 56:02 qaydada deyilir: "Əgər meydanda olan futbolçunun qapıda durmasına ehtiyac yaranarsa, komandaların nömrə və ya adın qeyd olunmadığı eyni rəngdə əlavə qapıçı formaları olmalıdır".

Ehtiyat oyunçular skamyası

Ehtiyat oyunçular skamyasında maksimum 18 şəxs ola bilər: 12 oyunçu və həkim də daxil olmaq 6 qərargah üzvü. Yer olacağı təqdirdə komandaların texniki personal üçün əlavə 5 yer əldə etmək hüququ var. Onlar əsas skamyadan ən azı 5 metr uzaqlıqda olmalıdır və paltardəyişmə otaqlarına giriş-çıxışı olmalıdır.

"Münhen Arena" və "San-Mames" stadionları istisna olmaqla AVRO 2020-nin bütün stadionları 23 nəfərlik skamyalarla təchiz olunub. Ona görə də komandaları yerləşdirilməsi ilə bağlı bir problem olmayacaq.

Oyundan sonra müsahibə

Futbolçunun işi oyunun final fitindən sonra bitmir. Oyundan sonra hər komandanın bir oyunçusu və baş məşqçilər turnirin yayım hüququna malik olan yerli yayımçıya və ya aparıcıya qısa müsahibələr (superflash) verməlidir.

Millinin futbolçusu yığmanın AVRO-2020 təsnifatındakı uğursuzluğunun səbəbini açıqladı

Reqlamentdə qeyd olunur ki, baş məşqçi və oyun əsas futbolçusu da daxil olmaqla matçın yekun hesabına müəyyənləşməsinə təsir edən ən azı 4 oyunçu final fitindən sonrakı 15 dəqiqə ərzində turnirin yayım hüququna malik qurumlar (televiziya və radio) üçün əlçatan olmalıdır.

Baş məşqçilər və rəsmi olaraq matçın ən yaxşı oyunçuları seçilən futbolçular oyunun final fitindən 20 dəqiqə sonra başlayacaq mətbuat konfransında da iştirak etməlidirlər. Paltardəyişmə otağından avtobusa gedən zaman oyunçular mix zonadan keçməlidirlər. Orada onları arakəsmənin arxasında müsahibə almaq üçün jurnalistlər gözləyəcək. Bundan sonra komandalar ərazini tərk edə, jurnalistlər isə materiallarını təhvil verə bilərlər.

Çempionatın adı

Yayda hamı qitənin 60 illik yubiley turnirinin sayca 16-cı çempionatını – UEFA-nın 2018-2020-cı il çempionatını izləyəcək. Lakin bu rəsmidir. Biz onu AVRO-2020 adlandırmağa üstünlük veririk. Qısa və aydın. Baxımlı!