CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sədərəkdən xəstəxanaya aparılan şəxslə bağlı yeni xəbər

Onun vəziyyətində problem olmadığı üçün həmin şəxs evə buraxılıb.Onun vəziyyətində problem olmadığı üçün həmin şəxs evə buraxılıb.
Sputnik

 

BAKI, 18 fevral — Sputnik. Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan şəxs evə buraxılıb.

Sputnik Azərbaycan-a bu barədə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"ndən (TƏBİB) məlumat verilib. Xəbərdə bildirilir ki, Sədərək TM-də xəsarət alan şəxsə xəstəxanada ambulator yardm göstərilib. Onun vəziyyətində problem olmadığı üçün həmin şəxs evə buraxılıb. TƏBİB-dən verilən məlumata görə, yanğınla əlaqədar əraziyə 5 təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə yerində 9 nəfərə tibbi yardım göstərilib.