"Brilyant Şahzadə" ölüm laynerinə çevrilib – Xəstələrin sayı artır

Çində artıq 70,5 mindən çox şəxs virusa yoluxub, onlardan 1770 nəfəri ölüb. On bir min insan isə sağalıb
Sputnik

BAKI, 17 fevral — Sputnik. ABŞ, Kanada, Şimali Koreya, İtaliya və Honkonq öz vətəndaşlarını "Brilyant Şahzadə" laynerindən təxliyə etməyə başlayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, gəminin göyərtəsində iki həftəlik karantin müddətini keçənlər qalıb.

Öpüşmək olmaz: Virus filmlərdəki səhnələri vurdu

Gəminin göyərtəsində hazırda 450 nəfər xəstəliyə yoluxmuş insan var. ABŞ-ın vətəndaşı olan 40 xəstə Yaponiya xəstəxanalarında müalicə alır. Yaponiyadan evlərinə qayıdan yüzlərlə şəxsin içində 14 nəfər amerikalıda koronavirus aşkar edilib. Bu barədə ABŞ-ın Səhiyyə Nazirliyi və Dövlət Departamentinin məlumatında deyilir.

Onları laynerdən çıxarıb, təyyarəyə minəndə analizlərin nəticəsi müəyyən gəlib. Yaponiya alimləri onların qanında "uhan virusu" aşkar edib.

Qeyd edək ki, "Brilyant Şahzadə" gəmisində olan rus qadında da koronavirus aşkar edilib. Həmin qadın virusa yoluxmuş ilk Rusiya vətəndaşıdır. Rusiyanın Yaponiyadakı səfirliyindən bildirilib ki, qadın xəstəxanada müalicə alır. Hazırda kruiz gəmisində daha 23 rusiyalı turist vətəndaşı qalıb.

Xatırladaq ki, Çində artıq 70,5 min şəxs virusa yoluxub, onlardan 1770 nəfəri ölüb. On bir min insan isə sağalıb.