İDMAN

Kuryoz hadisə: Zidan təpik yedi - VİDEO

Dərhal Zidanın ayağa qalxmasına kömək edən futbolçu ondan üzr istəyib. Zidan bu zərbədən xəsarət almayıb.
Sputnik

BAKI, 17 fevral — Sputnik. İspaniya La Liqasının 24-cü turunda ötən gecə keçirilən "Real" - "Selta" matçında kuryoz hadisə yaşanıb. Sputnik Azərbaycan xəbər verir ki, qonaqların futbolçusu Aydu topun yan xətdən çıxmasına mane olmaq istəyərkən təpiklə "Real"ın baş məşqçisi Zinəddin Zidanın ağzına vurub. Nəticədə fransalı məşqçi yerə yıxılıb. Dərhal Zidanın ayağa qalxmasına kömək edən futbolçu ondan üzr istəyib. Zidan bu zərbədən xəsarət almayıb.

​Qeyd edək ki, komandalar arasında keçirilən qarşılaşma sülhlə başa çatıb. Hər iki komanda qapılara iki qol vurmağı bacarıb. Meydan sahiblərindən Toni Kroos və Serxio Ramos, "Selta" klubundan isə Fyodor Smolov və Santi Mina fərqləniblər. 24 turdan sonra "Real" liderdir. "Selta" klubu isə 21 xalla 17-ci yerdə qərarlaşıb.