İDMAN

Bütün dövrlərin ən seksual futbolçusu kimdir?

Respondentlər həmçinin bildiriblər ki, sekslə müqayisədə sevimli komandalarının qələbəsini daha üstün tuturlar.
Sputnik

BAKI, 16 fevral — Sputnik. Devid Bekhem xarici görünüşü ilə yenidən gündəmə gəlib. Sputnik Azərbaycan xəbər verir ki, veteran futbolçu bütün dövrlərin ən seksual futbolçusu hesab edilib.

"Free Super Tips" bukmeyker şirkətinin keçirdiyi sorğuda respondentlərin əksəriyyəti Bekhemin adını çəkib. Sorğuda iştirak edənlərə "Seks zamanı hansı futbolçunu təsəvvür edirsiniz" sualı ilə müraciət edilib. Devid Bekhemdən sonra ikinci yeri portuqaliyalı Kriştianu Ronaldu tutub. Üçüncü yer isə İngiltərə milli yığma komandasının kapitanı Herri Keyn qazanıb.

Bütün dövrlərin ən seksual futbolçusu kimdir?

Reytinqdə həmçinin Qaret Beyl, Lionel Messi, Dele Alli, David de Xeya, Serxio Aquero və Rahim Sterlinq yer alıb. Respondentlər həmçinin bildiriblər ki, sekslə müqayisədə sevimli komandalarının qələbəsini daha üstün tuturlar.

Qeyd edək ki, bir müddət öncə dünyanın ən gözəl kişisi adına 33 yaşlı britaniyalı aktyor Robert Pattinson layiq görülüb.