HADİSƏ

Quba səhəri dəhşətli xəbərlə açdı – Oğul atasını öldürüb

19 yaşlı gənc şəxsi münaqişə zəminində atasını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Faktla bağlı cinayət işi açılıb
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 15 fevral — Sputnik. Qubada oğul atasını öldürüb.

Küçənin ortasında qətl: plastik cərrahı güllələdilər

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Qubanın Birinci Nügədi kəndində baş verib. Bu gün səhər saatlarında hüquq mühafizə orqanlarına kənddə qətl hadisəsinin baş verdiyi barədə məlumat daxil olub.

Rayon polis şöbəsinin və prokurorluğun əməkdaşları dərhal hadisə yerinə gedərək baxış keçiriblər. Onlar Bəşarət Ramazan oğlu Şükürova məxsus evdə onun üzərində çoxsaylı kəsilmiş-deşilmiş yaraları və zorakılıq əlamətləri olan meyitini aşkar ediblər.

İlkin araşdırma zamanı məlum olub ki, Bəşarət Şükürovu öz oğlu, 19 yaşlı Mətləb Şükürov qətlə yetirib. Dəfələrlə atası ilə mübahisə edən M.Şükürov növbəti münaqişə zamanı cibində gəzdirdiyi bıçaqla ona qətlə yetirib.

61 yaşlı Bəşarət Şükürov Rusiya vətəndaşı olub.