CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Körpə ölümü nəzarətə götürüldü

Bu gün ölən körpənin meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib. Faktla bağlı araşdırma aparılır
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 14 fevral — Sputnik. TƏBİB Şirvanda körpə ölümünü nəzarətə götürüb. Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva məlumat verib.

O bildirib ki, uşağın ölüm səbəbi araşdırmalardan sonra bilinəcək. Qeyd edək ki, Şirvan şəhərində iki gün əvvəl doğulan körpə bu gün ölüb. Hacıqabul sakini, 1999-cu il təvəllüdlü Mecdinova Türkan Güləhməd qızı fevralın 12-də oğlan uşağı dünyaya gətirib. Körpənin meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.