Dəhşətli rekord yeniləndi – Bir gündə 242 nəfər ölüb

Xəstəliyə yoluxanların sayı 60 min civarındadır. Bu, koronovirusun meydana çıxmasından sonra qeydə alınan ən yüksək göstəricidir.
Sputnik

BAKI, 13 fevral — Sputnik. Yeni növ koronavirusdan ölənlərin sayı 1368 nəfərə çatıb.

Koronavirus azmış kimi - Alimlər yeni naməlum virus tapıblar

Sputnik Azərbaycan "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata əsasən, xəstəliyə yoluxanların sayı 60 min civarındadır. Təkcə Hubey əyalətində 1310 nəfər ölüb.

Qeyd edək ki, ötən günlə müqayisədə yeni koronovirusdan ölənlərin sayı bir gündə 242 nəfər artıb. Bu koronovirusun meydana çıxmasından sonra qeydə alınan ən yüksək göstəricidir.

Xatırladaq ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin "2019-nCoV" koronavirusu olduğunu müəyyən ediblər.