CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı şəhər İcra Hakimiyyəti mitinqlə bağlı qərarını verdi

Müsavat, REAL partiyaları, D18 hərakat və digər müstəqil namizədlər fevralın 9-da Milli Məclisə keçirilən seçkidə baş verənlərlə bağlı mitinq keçirmək barədə BŞİH-ə müraciət etmişdilər
Sputnik

BAKI, 12 fevral — Sputnik. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D18 hərəkatı və digər müstəqil namizədlərin paytaxt ərazisində mitinq keçirməklə bağlı müraciətinə cavab verib.

Sputnik Azərbaycan xəbər verir ki, BŞİH-də müraciətə baxılıb və mitinqin keçirilməsinə razılıq verilməyib.

Xatırladaq ki, Müsavat, REAL partiyaları, D18 hərakat və digər müstəqil namizədlər fevralın 9-da Milli Məclisə keçirilən seçkidə baş verənlərlə bağlı metronun "28 May" stansiyasının qarşısındakı meydanda mitinq keçirmək barədə BŞİH-ə müraciət etmişdilər.