BAKI, 11 fevral — Sputnik. Azərkontrakt Səhmdar Cəmiyyətinin sədri, keçmiş deputat Miri Qənbərov 84 yaşında vəfat edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə “Report”a onun yaxınları məlumat veriblər.
Qeyd edək ki, Qənbərov Miri Əhəd oğlu 1935-ci il mayın 25-də Lerik rayonunun Siyov kəndində anadan olub. 1994-1997-ci illərdə Azərbaycan Respublikasının Ticarət naziri vəzifəsində çalışıb. İkinci və üçüncü çağırış (2000-2010-cu illərdə) Milli Məclisin deputatı olub.