İDMAN

Kral küçəyə çıxmağa utanır

Bud-çanaq oynağından cərrahi əməliyyat olunduqdan sonra bərpa mükəmməl deyil. Hərəkət etməsində problemlər var
Sputnik

BAKI, 11 fevral — Sputnik. Dünya futbolunun canlı əfsanəsi Pelenin oğlu Edson Şolbi atasının səhhəti ilə bağlı danışıb.

Sputnik Azərbaycan "Goal.com" saytına istinadən xəbər verir ki, o, atasının normal yeriyə bilmədiyini söyləyib: "O, özünə qapalı və həvəssizdir. Təsəvvür edin, o, bir kraldır, həmişə futbol dünyasında nüfuzlu fiqur olub, amma indi normal gəzə bilmir. Bundan utanır. İnsanlara zəif görünməmək üçün küçəyə çıxmaq istəmir. Pele rahiblər kimi həyat tərzi keçirir. O, utancaq olub. Bud-çanaq oynağından cərrahi əməliyyat olunduqdan sonra bərpa mükəmməl deyil. Hərəkət etməsində problemlər var. Bunlar isə öz növbəsində onun depressiyasına səbəb olur".

Qeyd edək ki, dünya futbolunun kralı Pelenin oktyabrda 80 yaşı tamam olacaq.