CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda əsas magistrallarda sürət həddi endirildi

Adi günlərdən fərqli olaraq şəhər yollarına və müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb
Sputnik

BAKI, 9 fevral — Sputnik. Paytaxtda müşahidə olunan faktiki hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi endirilib.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda deyilir.

Məlumata görə, paytaxtın digər küçə və prospektlərində isə nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə olunur.

BNA bir daha hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edir: "Sürücülərdən xahiş edirik ki, meteoroloji amilləri nəzərə alıb sürət həddinə əməl etsinlər".

Qeyd edək ki, adi günlərdən fərqli olaraq şəhər yollarına və müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb.