FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Dəqiq və aydın: Azərbaycanda parlament seçkiləri FOTOLARDA

Sputnik

BAKI, 9 fevral — Sputnik. Bazar günü səhər saat 8:00-dan etibarən Azərbaycanda parlament seçkilərində səsvermə başlayıb. Seçicilər 1314 namizəddən 125-ni Milli Məclisə seçməlidirlər. Budəfəki parlament seçkilərində Azərbaycanın 5329460 vətəndaşı səs hüququna malikdir. 

Sputnik Azərbaycan bildirir ki, soyuq hava şəraitinə rəğmən, respublikada, o cümlədən paytaxtda seçicilərin fəallığı qənaətbəxşdir. Saat 15:00-a MSK-nın açıqladığı məlumata görə, artıq seçicilərin 39.23%-i səs verib. 

Səsvermənin gedişini 77790 yerli və 883 beynəlxalq müşahidəçi izləyir. 

Qeyd edək ki, 2019-cu il dekabrın 2-də Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi hazırlanıb. 

Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.

Bu, Azərbaycanın yeni tarixində artıq altıncı parlament seçkisidir. İlk parlament seçkisi 1995-ci ildə, sonuncu isə 2015-ci il noyabrın 1-də baş tutub. 

1 / 21
Azərbaycanda parlament seçkiləri
2 / 21
Azərbaycanda parlament seçkiləri
3 / 21
Azərbaycanda parlament seçkiləri
4 / 21
Azərbaycanda parlament seçkiləri
5 / 21
Azərbaycanda parlament seçkiləri
6 / 21
Azərbaycanda parlament seçkiləri
7 / 21
Azərbaycanda parlament seçkiləri
8 / 21
Azərbaycanda parlament seçkiləri
9 / 21
Azərbaycanda parlament seçkiləri
10 / 21
Azərbaycanda parlament seçkiləri
11 / 21
Azərbaycanda parlament seçkiləri
12 / 21
Azərbaycanda parlament seçkiləri
13 / 21
Azərbaycanda parlament seçkiləri
14 / 21
Azərbaycanda parlament seçkiləri
15 / 21
Azərbaycanda parlament seçkiləri
16 / 21
Azərbaycanda parlament seçkiləri
17 / 21
Azərbaycanda parlament seçkiləri
18 / 21
Azərbaycanda parlament seçkiləri
19 / 21
Azərbaycanda parlament seçkiləri
20 / 21
Azərbaycanda parlament seçkiləri
21 / 21
Azərbaycanda parlament seçkiləri