FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Həftənin fotoları: butulkadan maska, parçalanan təyyarə və Əfqanıstanda qar

Sputnik

Yola saldığımız həftə müxtəlif hadisələrlə dolu olub. Yanvarın 31-dən fevralın 1-nə keçən gecə Böyük Britaniya Avropa İttifaqının tərkibindən çıxıb. Britain (Britaniya) + exit (çıxış) sözlərindən əmələ gələn, Brexit adlandırılan prosesi Britaniya vətəndaşları birmənalı qarşılamayıb.

Əhalinin bir hissəsi Britaniya bayraqları ilə küçələrə çıxaraq hadisəni sevinclə qarşılayıblar. Digər hissəsi isə Aİ-dən çıxmağa skeptik yanaşıb.

Pnevmaniyaya səbəb olan yeni təhlükəli koronavirus epidemiyası dünya üzrə yürüşünü davam etdirir. Son məlumatlara görə, dünyada bu xəstəliyə yoluxanların sayı 31,524 nəfərə çatıb. Onlardan 638 nəfər xəstəlikdən dünyasını dəyişib.

Digər hadisələrdən biri də İstanbulun Sabiha Gökçen Hava Limanında "Pegasus" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin əlverişsiz hava şərtləri nəticəsində qəzaya uğramasıdır. İzmir-İstanbul reysini həyata keçirən "Pegasus" Hava Yollarına məxsus "Boeing 737-800" tipli sərnişin təyyarəsi Sabiha Gökçen hava limanına enərkən uçuş zolağında dayana bilməyib və 30 metr məsafədən yerə çırpılıb yolun kənarına yuvarlanaraq 3 yerə parçalanıb. Təyyarədə 177 sərnişin və 6 ekipaj üzvü olub. Qəza nəticəsində 180 nəfər xəsarət alıb, 3 nəfər isə ölüb.

Dünyanın müxtəlif guşələrində baş verən hadisələri əks etdirən fotolar ötən həftə planetimizin necə yaşadığına işıq salıb. Sputnik Azərbaycan dünya informasiya agentliklərinin fotomüxbirlərinin çəkdiyi görüntüləri həftəlik fotolentdə təqdim edir.

1 / 23
Böyük Britaniya sakini Londonda ölkəsinin Aİ-dən çıxmasını qeyd edir.
2 / 23
Cennifer Lopes ABŞ-da Super-kubok oyunundan əvvəl çıxışı zamanı.
3 / 23
İstanbulda eniş zamanı qəzaya düşən Pegasus aviaşirkətinin təyyarəsi.
4 / 23
Ruandada məcburi köçkünlər üçün mərkəzin pəncərəsindən baxan qız.
5 / 23
Qadınlar Əfqanıstanın Cəlilabad şəhərində su quyusunun yanında.
6 / 23
Beyrutta ABŞ səfəriliyi qarşısında Fələstin-İsrail arasında münaqişənin həlli üzrə "Əsrin müqaviləsi"nə etiraz edən qadın.
7 / 23
İspaniyada Almonasid-del-Markesado şəhərində ənənəvi "Endiablad" festivalının iştirakçıları.
8 / 23
Model Barselonda 080 moda həftəsində.
9 / 23
Kubanın paytaxtı Havanda idman edən gənclər.
10 / 23
Kiyevdə torpaq bazarının açılışına etiraz edən nümayişçi.
11 / 23
İraqlı tələbələr Bağdadda etiraz aksiyaları zamanı.
12 / 23
Əfqanıstanlı kişi paytaxt Kabildə donmuş Karqa gölündə.
13 / 23
İraqda nümayişçi hakimiyyətə qarşı etirazlar zamanı.
14 / 23
Tibbi işçiləri Çinin Uhan şəhərindən gələn İndoneziya vətəndaşlarını antiseptiklə dezinfeksiya edirlər.
15 / 23
Yunanıstanda miqrant düşərgəsində qaçqınlarla polis arasında toqquşma.
16 / 23
Honq-Konq sakini koronavirusdan qorunmaq üçün plastik qabı maska kimi istifadə edir.
17 / 23
Böyük Britaniya kraliçası II Yelizaveta Norfolka səfəri zamanı.
18 / 23
Malavidə müxalifətçilər 2019-cu ilin may ayında keçirilən və Piter Mutarikin qalib gəldiyi prezident seçkilərinin ləğv olunmasını qeyd edirlər.
19 / 23
Kosmonavt Aleksandr Skvorçov "Soyuz MS-13" kosmik gəmisini Qazaxıstanda Yerə endirdikdən sonra.
20 / 23
Model Barselonada moda həftəsi çərçivəsində rəssam Klaudiya Sahukilonun seminarında.
21 / 23
Loli Vera dəb evinin geyimində olan model Sevilyada International Flamenco Fashion Show (SIMOF) nümayişində.
22 / 23
Yanğınsöndürənlər Avstraliyda meşə yanğınlarını söndürərkən.
23 / 23
Fransalı modelyer Jan-Pol Qotyenin Sankt-Peterburqda səhnələşdirdiyi Fashion Freak Show tamaşası.