HADİSƏ

Ot tayasından başlayan yanğın dəhşət saçdı – Alovu helikopter söndürür

Kənd sakini Babaşah Şəfiyevə məxsus ot tayasından başlayan yanğın evlərə keçib. Bunun nəticəsində 5 evi alov bürüyüb
Sputnik

Leyla Abdullayeva, Sputnik  Azərbaycan

BAKI, 7 fevral — Sputnik. Qubada ot tayasının alışması böyük fəsadlara səbəb olub.

Hadisə Qubanın Qarxun kəndində baş verib. Sputnik Azərbaycan-ın məlumatına görə, kənd sakini Babaşah Şəfiyevə məxsus ot tayasından başlayan yanğın evlərə keçib. Bunun nəticəsində 5 evi alov bürüyüb.

Əraziyə FHN Şimal regional mərkəzinin əməkdaşları, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev gəlib.

Yanğının qarşısını almaq üçün əraziyə helikopterlər çağırılıb.