RUSİYA

Turistlər üçün yaxşı şəhər: əcnəbilər Moskvada nəyi bəyənir və nəyi söyürlər

Əcnəbilər Moskvada qarşılaşdıqları ümumi fırıldaqçılıq barədə xəbərdarlıq edirlər: Yolda düşmüş pul kisəsini yerdən götürməyə çalışarkən öz pulunuzu itirə bilərsiz. Sahibi dərhal ona məxsus həmin pul kisəsində "çatışmazlıq" olduğunu iddia edəcək
Sputnik

Svetlana Bayeva, RİA Novosti

BAKI, 6 fevral — Sputnik. İngiliscə danışmaq - problemsizdir, dadlı yemək - nə qədər desən, metro - təəccübləndirəcək hər şey var (əsas odur, pik saatlarda orada olmayasan). Moskva World Travel Awards mükafatının laureatıdır, xaricilərin xoşuna gəlir, amma bəzi nüanslar var. İtalyanları sirkə gedərkən taksiyə və mənasız "rəngli bər-bəzəy"ə ödədikləri vəsait təəccübləndirir. Bu barədə materialı RİA Novosti təqdim edir.

Kimi ingiliscə, kimi də yunanca

"Mən dəfələrlə moskvalılardan ingilis dilində danışıb-danışmadıqlarını soruşduqda "yox" cavabı verdiklərinin şahidi olmuşam. Lakin sonra çox yaxşı səviyyədə danışıblar!" - deyə Avstraliyadan olan Tanya Simpson bildirib. O qeyd edib ki, ancaq özü nəzakət xatirinə ruslarla danışarkən yalnız "salam", "xahiş edirəm", "təşəkkür edirəm", "yox" və "bəli" ifadələrini rusca işlədib.

Almaniyadan olan Pol qeyd edir ki, ingilis dilində lövhələr hər yerdə var, yolu tapmaq asandır. "Bəs London, Paris və ya Almaniyaya səyahət edən rusiyalı turistlər kirill əlifbası ilə yazılan lövhələrə rast gələ bilərlər?" - deyə Pol soruşur.

Qızıl Meydanda şou: Moskvanın mərkəzində buz meydançasının açılışı

Düzdür, bələdçi-tərcüməçi Yelena Breusun sözlərinə görə, bəzən turistlər mərkəzdən kənardakı rayonlarda naviqasiyanın olmamasından şikayətlənirlər.

Moskvada ingilis dilini bilməyənlər üçün də çətinlik yoxdur. Yelena Savina deyir ki, məsələn, məktəbdə yunan dilini öyrənən italyanlar tez lövhələri oxumaya bilirlər.

Yeraltı hərəkət

Qonaqlar üçün səfər proqramının məcburi məntəqəsi paytaxt metrosudur: tarixi stansiyalar, mozaik pannolar, dəbdəbəli çilçıraqlar.

"Səyyahlara xatırladıram ki, Moskva metrosunun tunelinin diametri Spasskaya Qülləsindəki saatın ölçüsünə uyğundur. Belə məqamlar həmişə əcnəbilər üçün maraqlıdır, onlar Moskva Kremli ilə mütənasibliyi təsəvvür etməyə imkan verir", - deyə bələdçi-tərcüməçi Mariya Sorokina bildirir.

Lakin ABŞ-dan olan Quora Peter MacDonaldın Turizm Bilik Mübadiləsi Xidmətinə yazdığı kimi, metro və elektrik qatarları "pik saatda cəhənnəmdir". "Bir dəfə təxminən 20 dəqiqə getməli oldum, qatlanmış vəziyyətdə bir ayağımın üstündə dayandım", - deyə amerikalı səyyah Moskva təəssüratlarını bölüşüb.

Lakin daha sakit vaxtlarda xarici vətəndaşlar sərnişinlərin bir-birlərinə yer vermələrinə heyran olurlar. "Moskvada yaşlı insanlara oturmaq üçün yerlərin sözün həqiqi mənasında güzəştə gedilməsi, onların xoşuna gəlir. Məsələn, İtaliyada bu, nadir haldır", - deyir bələdçilər.

Yerin üstündə

Romadan olan Antonio Tomasininin Moskvanın geniş prospektləri və yaxşı təşkil olunmuş yol hərəkəti xoşuna gəlir. Düzdür o, heç yerə tərpənməyin mümkün olmadığı tıxacları da xatırlayır.

Turistlər üçün yaxşı şəhər: əcnəbilər Moskvada nəyi bəyənir və nəyi söyürlər

MacDonald kirayə etdikləri mənzilin yanında yerləşən keçiddən danışır: "Los-Ancelesin hər bir yol layihəçisi belə bir tikili ilə fəxr edə bilər. Lakin ondan dərhal aşağıda bir neçə kilometrlik tıxacın olduğunu unutmaq olmaz".

"Mən Moskvanı Çikaqo ilə müqayisə edərdim: ictimai nəqliyyatın effektiv sistemi və çox pis sürücülərlə", - amerikalı Qreq Stivens yazıb.

Tayvandan gələn bir turist isə taksidən şikayətçidir: şəhər mərkəzindəki bir oteldən Vernadski prospektindəki sirkə gediş üçün altı min rubl ödəyib. Bundan əvvəl isə moskvalılar mobil tətbiq vasitəsilə maşın çağıraraq Taqankadan Teatr keçidinə 500 rubla getməyə kömək ediblər.

Turist qrupları üçün bir nömrəli problem avtobusun səyyahları düşürə biləcəyi yerlərin olmamasıdır. "Bəzən bir kilometr məsafəni piyada qət etməlisən. Məsələn, Vasilyevski enişindən Kremlin girişinə qədər. Sonra ekskursiyalar var, ardıcıl bir neçə saat ayaqla getməlisən", - Yelena Breus deyir. Onun fikrincə, bu məsafəni piyada qət edə biləcək yaşlı turistlərin sayı olduqca azdır. Olsa-olsa Çin vətəndaşları istisnadır.

Həm bələdçilər, həm də paytaxtın qonaqları tez-tez bütün proqramı poza biləcək yoldakı tıxaclardan şikayətlənirlər.

Təhlükəsizlik: hər şey sakitdir, amma diqqətli olun

Avstraliyalı Tanya Simpson küçələrdə və ictimai yerlərdə təhlükəsizlik hiss etdiyini qeyd edib: "Yaxşı atmosferdir. Hər yerdə polis və təhlükəsizlik işçiləri var, buna görə də özünüzü tamamilə təhlükəsiz hiss edirsiniz".

Turistlər üçün yaxşı şəhər: əcnəbilər Moskvada nəyi bəyənir və nəyi söyürlər

Lakin bu, Honkonqdan gələn turistə kömək etməyib. O, telefonsuz və sığortasız qalıb. Yelena Breus deyir: "Şəhərin mərkəzində onun mobil telefonunu oğurlayıblar. Sığortaya müraciət etmək üçünsə polisdən arayış lazımdır. Ən yaxın bölməyə getdik. Ancaq onlar imtina etdilər, çünki oğurluq onların ərazisində baş verməyib".

Bir çox turist günün istənilən vaxtında, xüsusən mərkəzdə sakitlik olduğunu söyləyir və Moskva artıq çoxdandır heç vaxt yatmayan şəhərə çevrilib.

Eyni zamanda, sosial şəbəkələrdəki əcnəbilər ümumi fırıldaqçılıq üsulları barədə xəbərdarlıq edirlər. Məsələn, yolda düşmüş pul kisəsi haqqında. O pul kisəsini yerdən götürməyə çalışarkən öz pulunuzu itirə bilərsiz. Sahibi dərhal ona məxsus həmin pul kisəsində "çatışmazlıq" olduğunu iddia edəcək.

İstirahət də var: borş, suşi və qastromarket

Turistlər adətən Moskvanın qastronomik imkanlarını müsbət qiymətləndirirlər. "Yeməklər gözəldir, demək olar ki, ev yeməkləridir. ABŞ-da çoxlu fast-food və zərərli əlavələr var. Rus mətbəxi isə sağlam, təmiz və bir qədər də ətirlidir", - deyə amerikalı turist Rene bildirir. Lakin turistləri hər yerdə mayonezdən istifadə edilməsi bezdirir.

Xaricilər baqqal dükanlarına çevrilən Moskva bazarlarını sevirlər

"Çoxlu yemək, hər cür qızardılmış tərəvəzlər, ət (mən yeyən deyiləm, sadəcə fərqinə vardım) və balıq. Hamısı dadlıdır və istənilən qiymətə yemək almaq mümkündür. Mətbəxinizin daha yumşaq olacağını düşünürdüm. Ancaq çox zəngin dada və çox miqdarda inqrediyentlərə malikdir", - deyə Tanya Simpson bildirir.

Turistlər üçün yaxşı şəhər: əcnəbilər Moskvada nəyi bəyənir və nəyi söyürlər

Qız qeyd edib ki, Moskvada italyan və yapon yeməkləri tapmaq asandır: "Pizza həqiqətən yaxşıdır, suşi orta səviyyədədir, o qədər də pis deyil, amma bundan artığını gözləməyin".

Bələdçi-tərcüməçi Vyaçeslav Telminov öz mətbəxləri üçün darıxan səyyahlardan da danışıb. Ondan xahiş ediblər ki, İtaliyadakı sayaq sous və əsl xəmirdən hazırlanan pizzaları yeyə biləcəkləri restoranları onlara göstərsin.

Baxmalı: Kremldən zooparka və Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə qədər

"Həyat yoldaşım və mən təəccüblə öyrəndik ki, Moskvanın italyan kökləri var! Bir çox binalar soydaşlarımızın əsərləridir: Kreml, Bolşoy Teatr. Doğma soyadları eşidəndə qürur duyuruq: Foravanti, Solari, Gilardi", - Antonio Tomasiya deyib.

Onun həyat yoldaşı İllariya Kapponi Moskvanın məbədlərinin Bizans memarlığına təəccüblənib: "O tamamilə fərqlidir. Sadəcə, heyrətləndirir".

Əsas görməli yerləri ziyarət edərkən turistlər qaçılmaz növbələrdən əsəbləşirlər. Məsələn, Avstraliyadan gələn bir qonaq şikayət edir ki, niyə bir nəfər üçünün əvəzinə növbədə dayanır: Silah palatası, Almaz Fondu və Kreml. Tanya Simpson öz təcrübəsinə əsaslanaraq tövsiyə verir: "Kremlə biletləri onlayn və əvvəlcədən alın. Mən bunu edəndə növbəti üç günə bilet yox idi".

Turistlər üçün yaxşı şəhər: əcnəbilər Moskvada nəyi bəyənir və nəyi söyürlər

Arbatın söyülməsi isə gözlənilməzdir. Bələdçilərin sözlərinə görə, xaricilər hesab edirlər ki, burada görməli bir şey yoxdur, sadəcə "rəngli bər-bəzək"dən başqa. Nikolskaya küçəsi onlar üçün daha maraqlıdır. Birləşmiş Ştatlardan gələn bir turist Moskva Zooparkını "dünya səviyyəli bir təsisat" adlandırır. Qələbə muzeyini ziyarət etməyi, Arbatı isə "boş burax"mağı tövsiyə edir.

Bələdçi-tərcüməçi Oksana Muştanova deyir ki, turistlər tez-tez Moskvaya xüsusi gözləntiləri olmadan səyahət edirlər. Düşünürlər ki, burada nə isə qaranlıq, boz, tozlu bir şey görəcəklər. Bunun əvəzində isə işıq, ritm, göydələnlər və gözəl insanları görürlər.