SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MSK mərhum nazirin oğlunun namizədliyini ləğv etdi

İclasda qeyd olunub ki, Rəşad Camalovun ikili vətəndaşlığı var. Bu səbəbdən onun namizədliyinin ləğv edilməsi barədə qərar verilib
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 fevral – Sputnik. 46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizəd Camalov Rəşad Yavər oğlunun namizədliyi ləğv olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib.

İclasda qeyd olunub ki, Rəşad Camalovun ikili vətəndaşlığı var. Bu səbəbdən onun namizədliyinin ləğv edilməsi barədə qərar verilib.

Xatırladaq ki, Rəşad Camalov Azərbaycanın sabiq Müdafiə Sənayesi naziri Yavər Camalovun oğludur.