HADİSƏ

Sakinlər ağacdan asılmış kişi meyiti tapdılar

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb. Araşdırma aparılır
Sputnik

BAKI, 4 fevral — Sputnik. Dünən axşam saatlarında Yasamal rayonu Mikayıl Müşviq küçəsi 1C ev ünvanında ağacdan asılmış kişi meyiti aşkarlanıb.

Paytaxtda əcaib qətl – Evi qarət edib, sonra yandırdılar

Sputnik Azərbaycan-ın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, araşdırma zamanı asılan şəxsin 1976-cı il təvəllüdlü Kürdəmir rayon sakini Bədəlov Elxan Telman oğlu olduğu müəyyən edilib. E. Bədəlov həmin ünvana qeydiyyatlıdır.

Daxil olan məlumata əsasən Yasamal Rayon Prokurorluğu tərəfindən meyitə baxış keçirilib. Elxan Bədəlov özünü asdığı kəndir qablaşdırılaraq götürülüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb. Araşdırma aparılır.