BAKI, 4 fevral — Sputnik. Dünən axşam saatlarında Yasamal rayonu Mikayıl Müşviq küçəsi 1C ev ünvanında ağacdan asılmış kişi meyiti aşkarlanıb.
Sputnik Azərbaycan-ın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, araşdırma zamanı asılan şəxsin 1976-cı il təvəllüdlü Kürdəmir rayon sakini Bədəlov Elxan Telman oğlu olduğu müəyyən edilib. E. Bədəlov həmin ünvana qeydiyyatlıdır.
Daxil olan məlumata əsasən Yasamal Rayon Prokurorluğu tərəfindən meyitə baxış keçirilib. Elxan Bədəlov özünü asdığı kəndir qablaşdırılaraq götürülüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb. Araşdırma aparılır.