CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi ərazilərdə su olmayacaq

Atbulaq, Navahı, Qızılburun, həmçinin Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinə, Səngəçal qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq
Sputnik

BAKI, 4 fevral — Sputnik. Bu gün bir neçə qəsəbədə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Sputnik Azərbaycan Azərsu ASC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, hazırda magistral su kəmərində təmir-bərpa işləri aparılır.

Bununla əlaqədar gün ərzində Hacıqabul rayonunun Atbulaq, Navahı, Qızılburun, həmçinin Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinə, Səngəçal qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.