SƏHİYYƏ

Ağciyər İnstitutunda daha bir ölüm hadisəsi - Səbəbi açıqlandı

Xəstəxanaya daxil olarkən həkimlər xəstəyə ağciyərlərin səpələnmiş vərəmi, infiltrasiya mərhələsi VMB +Vmb, boyun limfa vəzilərinin vərəmi, xroniki böyrək çatmazlığı diaqnozu qoyublar.
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 3 fevral — Sputnik. Elmi-Tədqiqat Ağciyər İnstitutunda ölüm hadisəsinin səbəbi açıqlanıb.

Sputnik Azərbaycan-ın sorğusuna Elmi-Tədqiqat Ağciyər İnstitutundan verilən məlumatda bildirilir ki, yanvarın 17-də xəstəxananın reanimasiya şöbəsinə daxil olan Quba rayon sakini, 1983-cü il təvəllüdlü xəstə fevralın 2-də ağciyər-ürək çatışmazlığından vəfat edib.

Xəstəxanaya daxil olarkən həkimlər xəstəyə ağciyərlərin səpələnmiş vərəmi, infiltrasiya mərhələsi VMB +Vmb, boyun limfa vəzilərinin vərəmi, xroniki böyrək çatmazlığı diaqnozu qoyublar. Xəstəyə daha əvvəl böyrək transplantasiyası olunub.